Yunanıstan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyanatları ilə bağlı NATO və BMT-yə şikayət məktubu göndərib və Ankaranın davranışını pisləməyi tələb edib.
"Unikal" xəbər verir ki, bundan əvvəl Avropa İttifaqı prezident Rəcəb Tayyib Ərdoğanın Yunanıstanı Egey dənizindəki hərbsizləşdirilmiş adaları “işğal etməkdə” günahlandırdığı və hücumla hədələdiyi açıqlamalarından narahatlığını bildirib.
Türkiyənin Anadolu dövlət xəbər agentliyinin məlumatına görə, bu həftə Ankara Avropa İttifaqı, NATO və BMT-yə mübahisəli məsələlərlə bağlı mövqeyini və baxışlarını izah edən məktublar göndərib.
Yunanıstanın diplomatik dairələrindəki mənbələr çərşənbə günü bildiriblər ki, Türkiyənin məktubu reallığı təhrif edir və onun arqumentləri əsassızdır və beynəlxalq hüququ pozur. Onların sözlərinə görə, Yunanıstan BMT və NATO-ya da məktublar göndərib.
Yunanıstanın xarici işlər naziri Nikos Dendias NATO-nun baş katibi Yens Stoltenberqə yazdığı məktubda “Türkiyənin mövqeyi NATO birliyi üçün sabitliyi pozan amildir, böhran zamanı Alyansın cənub cinahını zəiflədir” deyib.