Körfəz ölkələri “Neflix”dən islam və müsəlman cəmiyyəti dəyərlərinə uyğun gəlməyən məzmunu videoarxivdən silməyi tələb ediblər.
"Unikal" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının vizual və audio media üzrə Baş Komissiyasının bəyanatında bildirlib.
Sənəddə birbaşa olaraq söhbətin nədən getdiyi göstərilməsə də, bəzi uşaq verilişlərinin ənənəvi dəyərlərə zidd olduğu açıqlanıb.
Tənzimləyici vurğulayıb ki, bu tələb yerinə yetirilməsə, krallıq qanuni tədbirlər görməyə məcbur olacaq.