NATO-nun Baş katibi postuna namizədlər arasında Kanadanın hazırkı baş nazirinin müavini Xristia Friland da nəzərdən keçirilir.
"Unikal" xəbər verir ki, bu barədə "CBC News" öz mənbələrinə istinadən məlumat paylaşıb.
"Ən azı dörd müxtəlif mənbə - NATO-nun qərargahının yerləşdiyi Ottava, Vaşinqton və Brüsseldə - Frilandın bir neçə aydır beynəlxalq müdafiə və təhlükəsizlik dairələrində NATO-nun hazırkı Baş katibi Yens Stoltenberqin mümkün varisi kimi müzakirə edildiyini bildirib”, - məqalədə deyilir.
NATO-nun növbəti baş katibinin qadın olması ehtimalı yüksəkdir. “Bəzi bacarıqlı qadınlar var ki, əla namizəd ola bilər. Görünür, qadının növbəti Baş katib olmasının vaxtı çatıb”, - deyə Təhlükəsizlik Xidmətinin yüksək rütbəli mənbəsi bildirib.
Qeyd edilən digər mümkün namizədlər arasında Xorvatiyanın keçmiş prezidenti Kolinda Qrabar-Kitaroviç, Litvanın keçmiş prezidenti Dalia Qribauskayte və Estoniyanın keçmiş prezidenti Kersti Kalyulayd da var.
Gülayə Mecid