Ukrayna ordusu Rusiyaya məxsus iki "Su-25" təyyarəsini, "Ka-52" və "Mi-24" olmaqla 2 helikopterini məhv edib. 

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı öz "Facebook" səhifəsində məlumat yayıb.

Bundan əlavə, Rusiya ordusuna məxsus daha 5 PUA da vurulub. 

Qeyd olunub ki, ötən gündə rusların cəmləşdiyi rayonlarda komanda məntəqəsi, yanacaq-sürtkü materialları anbarı, onların canlı qüvvəsi, silah-sursat və hərbi texnikası zərərsizləşdirilib.

Ağarza Elçinoğlu