ABŞ prezidenti Cozef Bayden Ukraynaya 675 milyon dollarlıq yeni hərbi yardım paketini təsdiqləyib.
"Unikal" xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Lloyd Ostin məlumat verib.
"Dünən ABŞ prezidenti Cozef Bayden Ukraynaya 675 milyon dollar dəyərində təxmin edilən yeni yardım tranşını təsdiqləyib", - deyə Ostin Almaniyada keçirilən beşinci Rammstein görüşündə deyib.
Qeyd edək ki, rəsmi Kiyev bununla bağlı ABŞ-a minnətdarlığını bildirib.
Ağarza Elçinoğlu