İranın yük təyyarələri kütləvi şəkildə Moskvaya gəlməyə başlayıb.
"Unikal" xəbər verir ki, bu barədə "Flightradar" uçuş izləmə portalının məlumatında qeyd olunub.
Portalda İranın dövlət aviaşirkəti olan Iran Air-in "Boeing 747-21AC" daşıyıcısının hərəkəti ilə bağlı məlumatlar yayılıb. Təyyarə sentyabrın 4-də saat 20:08-də Moskva Şeremetyevo hava limanına enib. Ertəsi gün o, yenidən İrana qayıdıb.
Ümumilikdə, avqustun 21-dən etibarən İrandan üç belə uçuş müşahidə edilib. İran təyyarələrində hansı yükün olduğu məlum deyil.
Ağarza Elçinoğlu