Böyük Britaniya kraliçası II Elizabetin həkimləri onun səhhətindən narahatdırlar.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Bukinqem sarayından məlumat yayıblar.
"Bu gün səhər həyata keçirilən müayinələrdən sonra həkimlər kraliçanın səhhətindən narahatdırlar. II Elizabet həkim nəzarəti altında qalmağı tövsiyə olunub", - deyə məlumatda qeyd olunub.