İsrailin baş naziri Yair Lapid və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının iclası çərçivəsində danışıqlar apara bilər.
"Unikal" xəbər verir ki, Türkiyə və İsrail Aralıq dənizinin şərqindəki enerji siyasəti də daxil olmaqla, Fələstin məsələsi və regional məsələlərlə bağlı fikir ayrılıqları nəticəsində yaranan ikitərəfli münasibətləri bərpa etməyə çalışır.
Ötən ay iki ölkə diplomatik münasibətləri tam bərpa edib. İsrail prezidenti İsaak Hersoq mart ayında Türkiyəyə səfər edərək münasibətlərin yaxşılaşmasına başlayıb. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu may ayında İsrailə, Lapid isə iyun ayında xarici işlər naziri olarkən Çavuşoğlu ilə danışıqlar aparmaq üçün Türkiyəyə səfər edib. Bu ilin payızında iki ölkənin hökumətləri iqtisadiyyat və ticarət əlaqələri üzrə konfrans keçirməyi planlaşdırır.