Ukrayna Təhlükəsizlik Xidməti Ukraynada təxribat törətməyi planlaşdıran rus agentini saxlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (SBU) məlumat dərc edib.
"Xerson vilayətində Ukrayna Silahlı Qüvvələrinin mövqelərini müəyyənləşdirmək və Xersonda sursat anbarını partlatmaqla vəzifələndirilən agent saxlanılıb", - məlumatda deyilir.
Sözügedən şəxs dövlətə xəyanətdə şübhəli bilinərək nəzarətə götürülüb.
Ağarza Elçinoğlu