"Sabah sentyabrın 10-da keçiriləcək Qoşulma Şurasında III Çarlz rəsmi olaraq Böyük Britaniyanın kralı elan ediləcək".
"Unikal" xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat dərc edib.
Çarlz anasının ölümündən sonra kral oldu, lakin adətə görə, monarxın ölümündən sonra 24 saat ərzində Qoşulma Şurası Londondakı St James Sarayında toplanır.
Qeyd edək ki, kraliça Elizabet sentyabrın 8-də 96 yaşında vəfat edib.
Ağarza Elçinoğlu