Kraliça II Elizabet Böyük Britaniyada sürücülük vəsiqəsi olmadan avtomobil idarə edə bilən yeganə şəxs olub.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hələ İkinci Dünya Müharibəsi illərində Elizabet təcili yardım maşını sürücüsü kimi təlim keçib.
Britaniyalılar üçün Elizabetin "Jaguar", "Range Rover" və "Land Rover"i idarə etməsi qeyri-adi deyildi. Kraliçanın Avtomobil Kolleksiyası 10 milyon funt-sterlinq dəyərindədir və onlarla avtomobildən ibarətdir. 2002-ci ildə hakimiyyətinin 50-ci ildönümündə Elizabetə "Land Rover"dən onun üçün xüsusi olaraq hazırlanmış avtomobil hədiyyə edilib.
2019-cu ilin mart ayında təhlükəsizlik xidməti ona ictimai yollarda avtomobil sürməyi dayandırmağı tövsiyə edib.
O, sonuncu dəfə keçən payız maşın sürərkən görülüb. "Daily Telegraph" qəzeti 95 yaşlı kraliçanın "Jaguar" vaqonunda çəkilmiş fotosunu dərc edib. Əlahəzrət London yaxınlığındakı Berkşirdəki Vindzor qəsri ərazisində təkbaşına səyahət edərkən görüntülənib.
Gülayə Mecid