Hollandiya bayrağı altında üzən gəmi Danimarkanın qərb sahillərində Baham adaları bayraqlı gəmi ilə toqquşub. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, "Wild Cosmos" adlı gəmi ilə toqquşan  89 metrlik "Helge", Şimal dənizindəki Jutland yarımadasından 37 kilometr aralıda batıb. 

Danimarka Hərbi Dəniz Qüvvələri batan gəmidən dənizə atılan 7 nəfərlik heyəti helikopterlə xilas edib. Qəza nəticəsində xəsarət alan olmayıb.

"Wild Cosmos" gəmisində ciddi dağıntı və ya insan tələfatı qeydə alınmayıb.

Ağarza Elçinoğlu