Rusiya Federasiyasının Prezidenti Vladimir Putini vətənə xəyanətdə ittiham edən 7 rusiyalı deputat polisə çağırılıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
"Yeddi deputata polisə çağırış barədə məlumat verilib. Onların arasında Dmitri Palyuqa, Diana Syra da var",- deyə KİV-də qeyd olunub.
Bildirilib ki, həmin deputatlar barəsində protokol tərtib olunacaq.
Gülayə Mecid