Argentinanın şou aparıcısı Santiaqo Cuneo İngiltərə kraliçası II Elizabetin ölümünü "Qoca qadın öldü", "Yaxşı xəbər var" deyərək qeyd etməsi böyük reaksiyalara səbəb olub.
"Unikal" xəbər verir ki, Elizabetin ölümü dünya gündəmini sarsıtsa da, aparıcının canlı yayımda onun ölümünü spirtli içki ilə qeyd etməsi tənqid olunub.
Belə ki, xəbəri sevinclə təqdim edən aparıcı "Qoca öldü və cəhənnəmə getdi. Bu, bizim üçün əbədi xoşbəxtlik deməkdir" deməsi ingiltərəliləri qəzəbləndirib.
Bununla yanaşı, o efirdə Kral ailə üzvləri haqqında təhqiramiz ifadələr işlədib.