Müğənni Timati, eyni zamanda Stars Coffee-nin ortaq sahibi olan Timur Yusupov iyirmiyə yaxın xarici ölkədə qəhvəxana açmağı planşdırır.

"Unikal" xəbər verir ki, Ermənistanda kafenin açılması da planlaşdırılır.

Qeyd edək ki, Stars Coffee Rusiyada Starbucks-ı əvəz edib. Müğənni Asiya, Yaxın Şərq və Avropadan kafe açmaq üçün müraciətlər aldığını qeyd edib. Onların biznesinə böyük maraq var və onlar bunu fəal şəkildə inkişaf etdirmək niyyətindədirlər.