Avropa İttifaqı Şurası Ukraynaya 5 milyard avro həcmində makromaliyyə yardımı tranşının ayrılmasını təsdiqləyib.
"Unikal" xəbər verir ki, bu barədə Aİ Şurasına rəhbərlik edən Çexiya Maliyyə Nazirliyinin mətbuat xidməti bildirib.
Maliyyə naziri Zbinek Staniuranın sözlərinə görə, 5 milyard avro dövlətin gündəlik fəaliyyətini dəstəkləmək və mühüm infrastrukturun fəaliyyətini təmin etmək üçün istifadə olunacaq.
Bu, Avropa İttifaqının Ukrayna üçün elan etdiyi ikinci tranşdır: ölkə iyulda milyard avro məbləğində birinci tranş alıb, 3 milyard avro həcmində növbəti tranşın növbəti görüşlərdə razılaşdırılması planlaşdırılır.
Aİ Ukraynaya 9 milyard avro olan kredii 10 illik güzəşt müddəti və 25 il ödəmə müddəti şərti ilə ayırıb. Faizlər Aİ büdcəsindən ödəniləcək.