ABŞ və müttəfiqləri dekabrın 5-dən etibarən Rusiya neftinin dəniz yolu ilə daşınmasına qadağa qoyacaq.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemo bildirib.
Bundan əlavə, 2023-cü il fevralın 5-dən Qərb neft emalı məhsullarına da oxşar qadağa tətbiq etmək niyyətindədir: "Yeddilik Qrupu və Aİ-nin üzvləri də daxil olmaqla, ölkələrin koalisiyasının bir hissəsi olaraq, Birləşmiş Ştatlar Rusiyada hasil edilən xam neftin daşınması ilə bağlı geniş xidmətlərə aid siyasət həyata keçirməyə başlayacaq".
Ağarza Elçinoğlu