Şimali Koreyanın nüvə raketləri ölkə lideri Kim Çen Inın öldürülməsi halında avtomatik olaraq buraxılacaq.
"Unikal" xəbər verir ki, "Politico" nəşrində dərc olunan məqaləyə görə, bu barədə KXDR-in nüvə siyasəti ilə bağlı yeni fərmanında göstərilib.
Bildirilib ki, düşmənin hücumu nəticəsində dövlətin nüvə komandanlığı və idarəetmə sisteminə təhlükə yaranarsa, onun qüvvələrini, o cümlədən təxribatın başlanğıc nöqtəsini məhv etmək üçün avtomatik və dərhal nüvə zərbəsi endiriləcək.
Ağarza Elçinoğlu