Xarkov vilayətinin Balakleya şəhəri də bu gün Ukrayna ordusu tərəfindən azad edilib.
"Unikal" xəbər verir ki, bu barədə Xarkov meri Oleq Sinegubov məlumat verib.
O, video paylaşaraq qeyd edib ki, şəhərin üzərində Ukrayna bayrağı qaldırılıb.
"Bu gün Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı Aleksandr Sırskinin rəhbərlik etdiyi hərbçilər birlikdə Ukrayna bayrağını Balakleyada qaldırıblar", - o deyib.
Ağarza Elçinoğlu
xxx
11:38
Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin Kupyansk şəhərini azad edib.
"Unikal" Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Xarkov vilayət şurası rəhbərinin müşaviri Natalya Popova bildirib.
Qeyd edək ki, bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Xarkov vilayətində əhəmiyyətli şəkildə irəlilədiyi barədə məlumat verilmişdi.
Xarkovun Balakleya şəhəri də azad edildi. 🇺🇦 #Ukraine #Russia #war pic.twitter.com/V8B6XaP2iX
— Unikal Media Group (@UnikalOrgPortal) September 10, 2022