Rusiya prezidenti Vladimir Putin Moskvada bələdiyyə seçkilərində onlayn səs verib. 

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

"Putinin səsini elektron şəkildə verdiyi ilk deyil - o, keçən il "COVID-19" infeksiyası səbəbindən özünü təcrid edən zaman uzaqdan səsvermədən istifadə edib", - məlumatda deyilir.

Qeyd edək ki, Moskvada bələdiyyə deputatlarının seçkiləri sentyabrın 9-da başlayıb və bazar günü sentyabrın 11-dək davam edəcək. 

Ağarza Elçinoğlu