Almaniyanın xarici işlər naziri Annalena Berbok Ukraynaya qəfil səfər edib.
"Unikal" alman mətbuatına istinadən xəbər verir ki, nazir bu gün səhər paytaxt Kiyevə gəlib.
Bu, Berbokun Ukraynada müharibənin başlamasından sonra Kiyevə ikinci səfəridir.
XİN başçısı bildirib ki, baş tutmuş bu səfər Almaniyanın lazım olduğu müddətcə silahların tədarükü, humanitar və maliyyə dəstəyi ilə Ukraynanın yanında yer almaq niyyətinin davam etdiyini göstərir.
Berbok qeyd edib ki, səfəri Almaniyada mümkün müharibə yorğunluğunun qarşısını almaq məqsədi daşıyır.