Çin alimləri "Chang'e-5" missiyası çərçivəsində 2020-ci ildə Yerə çatdırılan Ay torpaq nümunələrini tədqiq edərkən Changesite-(Y) adlı yeni mineral aşkar ediblər.
"Unikal" "Sinxua" agentliyinə istinadən xəbər verir ki, Changesite-(Y) rəngsiz şəffaf sütunlu kristaldır.
Qeyd olunur ki, bu, insan tərəfindən Ayın tədqiqi başlayandan bəri aşkar edilən altıncı yeni materialdır.
Alimlərin fikrincə, bu, Ay minerallarının tədqiqi üçün böyük elmi əhəmiyyət kəsb edir və ayın təkamülünü tədqiq etməyə kömək edəcək və gələcək dərin kosmosun tədqiqini asanlaşdıracaq.
Ağarza Elçinoğlu