Fransa prezidenti Emmanuel Makron və Ukrayna prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
"Unikal" xəbər verir ki, bu barədə Yelisey sarayının yaydığı məlumatda deyilir.
Prezidentlər Zaporojye AES ətrafındakı vəziyyəti müzakirə ediblər.
Yelisey Sarayından verilən məlumata görə, Makron döyüş meydanındakı vəziyyət və ölkəsinin qarşılaya biləcəyi ehtiyaclar barədə maraqlanıb.
Xatırladaq ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi işğal altında olan Zaporojye AES-in ərazisini atəşə tutmağı dərhal dayandırmağa və onun ətrafında təhlükəsizlik zonası yaratmağa çağırıb.