Türkiyə ordusu İraqın şimalında iki PKK terrorçusunu zərərsizləşdirib.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.

Məlumata əsasən, terrorçular "Pençe-Kilit" antiterror əməliyyatı bölgəsində məhv edilib.

Nazirlik qeyd edib ki, Türkiyə Silahlı Qüvvələri bölgədə terrorun təzahürlərinə qarşı qətiyyətli mübarizəni davam etdirəcək.