İstanbuldakı Birgə Koordinasiya Mərkəzi Ukrayna limanlarından ərzaq yüklü daha 4 gəminin çıxışına icazə verib.
"Unikal" xəbər verir ki, bu barədə Birgə Koordinasiya Mərkəzi məlumat yayıb.
Gəmilərin ümumi yükü 92,5 min tondur. Onlar Türkiyə, Livan və Niderlanda günəbaxan yağı, taxıl və qarğıdalı daşıyır.