BMT-nin baş katibi Antonio Quterreş şənbə günü Pakistanın Sind əyalətinin daşqından zərər çəkmiş bölgələrinə səfər edib və digər ölkələrin İslam Respublikasına yardım göstərməsinin vacibliyini vurğulayıb.
“BMT-nin Pakistan üçün etdikləri, edilməsi lazım olanların okeanında bir damladır”, - deyə Quterreş bildirib.
"Unikal" xəbər verir ki, o, Pakistandakı fəlakətlə bağlı digər ölkələr arasında məlumatlılığın artırılması üçün səy göstərəcəyini və beynəlxalq ictimaiyyəti İslamabada təcili yardım göstərməyə çağıracağını vurğulayıb.
“Bu, sadəcə alicənablıq deyil, ədalət məsələsidir”, - BMT-nin baş katibi bəyan edib.