İran 2023-cü ildə Şanxay Əməkdaşlıq Təşkilatının ( ŞƏT ) sammitində tamhüquqlu üzv kimi iştirak edəcək.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib.
“Assosiasiyaya üzv olmaq üçün İranın öhdəlikləri ilə bağlı memorandumlar imzalanacaq. Bu o deməkdir ki, İran bu öhdəlikləri yerinə yetirərək 2023-cü ildə Hindistanda keçiriləcək növbəti sammitdə tamhüquqlu üzv kimi iştirak edəcək”, - deyə Uşakov bildirib.
O, əlavə edib ki, 2023-cü ildə sammitdə “səkkizlik” deyil, “doqquz” üzv ölkə təmsil olunacaq.
Daha əvvəl Uşakov jurnalistlərə bildirmişdi ki, Putin sentyabrın 15-də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Çin prezidenti Si Cinpinlə görüşəcək . Sammitin gündəliyində digər məsələlərlə yanaşı, ŞƏT-in təhlükəsizlik və sabitlik sahəsində potensialının daha da gücləndirilməsi ilə bağlı məsələlərə toxunulacaq.