Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) ölkənin cənub və mərkəzi hissəsindəki 11 hava limanında uçuşların məhdudlaşdırılması rejimininin müddətini sentyabrın 22-dək uzadıb.
"Unikal" TASS-a istinadən xəbər verir ki, təyyarələrin Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Simferopol və Elista hava limanlarına uçuşları məhdudlaşdırılıb.
Bildirək ki, Rusiya uçuşların məhdudlaşdırılması rejimini fevralın 24-dən etibarən tətbiq edir.