Hindistanda mikroavtobus dərəyə yuvarlanıb.
“Unikal” xəbər verir ki, hadisə nəticəsində 11 nəfər ölüb, 25 nəfər yaralanıb.
Hindistan Prezidenti Draupadi Murmu qəza ilə bağlı məlumat paylaşıb:
"Poonç rayonunun Saujian kəndində baş verən faciəvi yol qəzasında həyatını itirənlərdən dərin təəssüf hissi keçirirəm. Dualarım həlak olan ailələrin yanındadır. Yaralılara tezliklə şəfa diləyirəm ", - qeyd edib.
Hadisə yerinə xilasedici qüvvələr və təcili yardım briqadası cəlb olunub.
Qəzanın baş vermə səbəbi araşdırılır.
Gülər Bayramova