Ermənistan Qarabağ savaşından sonra imzalanan bəyanatın şərtlərini icra etmir, davamlı olaraq təcavüzkar davranış nümayiş etdirir. Əlbəttə, Ermənistan tərəfi üçün bu davranışın nəticələri olacaq.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Ermənistanın bu səhv yoldan bir an əvvəl dönməsini, bəyanatın şərtlərini sürətlə icra etməsini, vaxtını və enerjisini sülhü gücləndirmək istiqamətində istifadə etməsini arzulayırıq”, - o qeyd edib.