Dünya mediasında Rusiya prezidenti Vladimir Putinin kortejinə bombalı hücum olması ilə bağlı iddialar yer alıb.
"Unikla" The Sun-a istinadən xəbər verir ki, liderə yaxın mənbələr iddia edirlər ki, rus tiranının avtomobili sol ön təkərində "güclü partlama" baş verib. "güclü tüstü" yaranıb. Putinin limuzini prezidentlə birlikdə təhlükəsiz yerə aparılıb.
Bildirilir ki, məsələ iə bağlı artıq dövlət başçısının bəzi mühafizəçiləri həbs olunub. Anti-Kreml kanalı iddia edir ki, Putin təhlükəsizlik tədbirləri çərçivəsində rəsmi iqamətgahına gizli korteji ilə qayıdıb.
İddia edilir ki, “ehtiyat” karvanı beş zirehli maşından ibarət olub, üçüncü yerdə isə Putin olub. Potensial sui-qəsdin nə vaxt baş verdiyi bəlli deyil.