Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah bin Zayed əl Nəhyan çərşənbə günü İsrailə səfər edib.
"Unikal"ın məlumata görə, BƏƏ Xarici İşlər Nazirliyinin rəhbəri Təl-Əvivə ilk rəsmi səfərə gəlib.
Nazirin səfər proqramına İsrailin baş naziri Yair Lapidlə danışıqlar daxildir. Bu görüş cümə axşamına təyin edilib.
Qeyd edək ki, əl Nəhyan artıq mart ayında BƏƏ, İsrail, Bəhreyn, Mərakeş, Misir və ABŞ-ın xarici işlər nazirləri arasında çoxtərəfli görüşdə iştirak edərkən İsraildə olub.