Finlandiya hakimiyyəti sanksiyalara məruz qalan rusların təxminən 190 milyon avro məbləğində aktivlərinə həbs qoyub.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, həbslər Aİ-nin sanksiyalar siyahısında olan onlarla subyektə aiddir.
Qeyd olunur ki, müsadirə olunan aktivlərin spektri genişdir: onların arasında səhmlər, bank depozitləri, sənaye xammalı, nəqliyyat vasitələri, dəmir yolu vaqonları və daşınmaz əmlak var.
Ağarza Elçinoğlu