Pakistanda son sutka ərzində güclü musson yağışlarının səbəb olduğu daşqınlar nəticəsində azı 54 nəfər ölüb.
"Unikal" xəbər verir ki, bu barədə “Sinxua” Pakistanın Təbii Fəlakətlərin İdarə Edilməsi üzrə Milli İdarəsinə (NDMA) istinadən məlumat yayıb.
Təbii fəlakətlərdən ən çox zərər çəkən ölkənin cənubundakı Sind əyalətində isə 44 nəfər ölüb.
Ölənlər arasında 18 uşaq və 10 qadın var. Bundan başqa, daşqınlar 4453 evi dağıdıb, 24869 baş mal-qara tələf olub.
Bildirək ki, Pakistanda bu mövsümün musson yağışları və daşqınlar nəticəsində iyunun ortalarından bəri ölənlərin ümumi sayı 1481 nəfərə çatıb, 12748 nəfər zərər çəkib.
Gülayə Mecid