Şimali Koreyada özəl gözəllik salonları və bərbərxanaları "fərdiliyi təbliğ edən antisosialist və qeyri-sosialist davranışın" təzahürü hesab edərək kütləvi şəkildə bağlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə "Daily NK" saytı məlumat dərc edib.
Bildirilir ki, gözəllik xidmətləri göstərən özəl qurumlara qarşı genişmiqyaslı “repressiya” 2022-ci il avqustun sonunda başlayıb.
Şimali Koreyada özəl bərbərxana və gözəllik salonları rəsmi dövlət təşkilatlarından fərqli olaraq vergi ödəmir. Vergidən yayınma imkanı bir çox vətəndaşı qanunsuz bərbərxana və gözəllik salonları açmağa sövq edib ki, bu da onlara yaxşı pul qazanmaq imkanı verib.
Qeyd olunur ki, bu cür təşkilatlar gənclər tərəfindən sevilir, çünki orada onların xarici görünüşləri ilə xoşlarına gələni etmək imkanı var. Eyni zamanda, Şimali Koreyanın dövlət bərbərlərində mövcud xidmətlər və üslubların sabit xətti var.
Yerli hakimiyyət orqanları xəbərdarlıq edir ki, özəl bərbərxana və gözəllik salonları sosial qeyri-sabitliyə töhfə verən “şəxsiyyət və antisosialist və qeyri-sosialist davranışın” nəticəsidir. Qanunsuz fəaliyyətlə məşğul olan vətəndaşları 100.000 von cərimə və cinayət məsuliyyətinə cəlb edirlər.
Gülayə Mecid