Ermənistanın Azərbaycana qarşı təxribatlarından əl çəkməsi, əvvəllər götürdüyü öhdəliklərə uyğun hərəkət edərək mümkün qədər tez sülh və əməkdaşlığa diqqət yetirməsi olduqca əhəmiyyətlidir.
"Unikal" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.
Türkiyə Prezidenti qeyd edib ki, arzumuz regionumuzda aparılan normallaşma proseslərini uğurla başa çatdırmaq, regional sülh və sabitliyi daimi olaraq təmin etməkdir. Bütün region ölkələrinin Qarabağ mövzusunda Azərbaycanın ərazi bütövlüyünə qeyd-şərtsiz və güclü dəstək verməsi vacibdir.
Rəcəb Tayyib Ərdoğan oktyabrda Zəngilan Beynəlxalq Hava Limanının açılacağını da bildirib.
O qeyd edib ki, Prezident İlham Əliyevin dəvəti ilə oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirak etmək üçün Azərbaycana səfər edəcək.