ABŞ Ukraynaya 1,5 milyard dollar məbləğində maliyyə yardımı ayrıb. Bu, Dünya Bankının Etimad Fondu vasitəsilə ABŞ tərəfindən verilən 4,5 milyard dollarlıq maliyyə yardımının son tranşıdır.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, bu vəsait Ukraynada dayanıqlı dövlət idarəçiliyini təmin etmək üçün dövlət xərclərinə dəstək layihəsi çərçivəsində verilib.