BMT Baş katibi Antoniu Quterreş Qırğızıstan və Tacikistan liderlərini sərhəddə atəşə dayandırmağa və tez bir zamanda dialoq aparmağa çağırıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Quterreşin sözçüsü Stefan Düjarrikin yaydığı bəyanatda deyilir.
Bəyanatda qeyd edilir ki, təşkilat tərəflərin müraciəti olacağı təqdirdə Qırğızıstan-Tacikistan sərhədindəki vəziyyətin nizamlanmasına töhfə verməyə hazırdır və iki ölkənin hakimiyyətini atəşkəs rejiminin yaradılması üzərində işləməyə çağırır.
"BMT sərhəd mübahisələrinin davamlı həllinin tapılmasına kömək etməyə hazırdır", - bəyanatda bildirilir.