Tayvan adasının şərqindəki Taytunq rayonunda 6,5 bal gücündə zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, bu haqda Çinin Seysmologiya Mərkəzi məlumat yayıb.
Zəlzələ yerli vaxtla saat 21:41-də qeydə alınıb. Təkanlar Çinin materik hissəsindəki Fucien, Quandon və Cıcian vilayətlərində də hiss olunub.
Hələlik dağıntı və tələfat barədə məlumat verilmir.