Şahzadə Harri və həyat yoldaşı Meqan Markl mərhum Kraliça II Elizabetin Bukingem sarayında keçirilən dəfn mərasimi öncəsi ziyafətə dəvət edilməyib.
"Unikal" xəbər verir ki, bu haqda ingilis mediası məlumat yayıb. Tədbirin təşkilatçısı Kral III Çarlzdır. Qəbula ABŞ prezidenti Co Bayden və Fransa prezidenti Emmanuel Makron da daxil olmaqla dünya liderləri və kral ailəsinin digər üzvləri dəvət olunub.
Nəşrin məlumatına görə, əvvəlcə orada Sasseks hersoqları olmalı idi, lakin sonra kral köməkçiləri onlara qəbula yalnız işləyən ailə üzvlərinin dəvət edildiyini bildiriblər.
Qeyd edilib ki, hersoqların vəzifələrindən imtina etdiyi üçün Harri və Meqandan protokola əməl etmək və bu tədbirdə iştirak etmək tələb olunmur.