Avropa İttifaqının Ali Nümayəndəsi Cozep Borrell Rusiya prezidenti Vlodimir Putini Ukrayna taxılının yanlış məqsədlə ixrac edildiyi barədə yalan məlumat yaymaqda ittiham edib.
"Unikal" xəbər verir ki, o, bu barədə Nyu-Yorkda BMT Baş Assambleyası başlamazdan əvvəl keçirilən Aİ xarici işlər nazirlərinin mətbuat konfransında deyib.
"Biz Rusiyanın təbliğatına və onun yalançı hekayətlərinə qarşı mübarizəmizi davam etdirməliyik. Mən bəzi faktları qeyd etmək istəyirəm. BMT-nin Taxıl Sazişi və “həmrəylik xətlərinin” tətbiqi üzrə səylərimiz artıq bütün dünyada ərzaq məhsullarının qiymətlərini aşağı salmağa imkan verib. Ukrayna taxıl ixracının böyük hissəsi ona ehtiyacı olan ölkələrə yönəldilib. Verilənlərə, statistikaya baxın. Ukrayna ixracının üçdə ikisi Afrika, Yaxın Şərq və Asiyaya çatdırılır. Beləliklə, Putinin Ukraynadan ixrac edilən taxılın ehtiyacı olan insanlara çatmadığını söyləməsi doğru deyil”, - Aİ-nin nümayəndəsi bildirib.
Gülayə Mecid