Rusiya Federasiyasında nə saxta “referendum”, nə də hibrid “səfərbərlik” heç nəyi dəyişməyəcək. Ukraynanın öz ərazilərini azad etmək hüququ var və bundan sonra da azad edəcək.
"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “Twitter” səhifəsində yazıb.
Onun sözlərinə görə, Ukraynanın öz ərazilərini azad etmək hüququ var və bundan sonra da azad edəcək.
“Nə saxta “ referendum ”, nə də hibrid “səfərbərlik” heç nəyi dəyişməyəcək. Rusiya Ukrayna torpaqlarının bir hissəsini qanunsuz işğal edən təcavüzkar dövlət olub və olaraq qalır. Ukraynanın öz ərazilərini azad etmək hüququ var və Rusiyada nə desələr də, azad etməyə davam edəcək”, - Ukrayna diplomatiyasının rəhbəri bildirib.
Gülayə Mecid