Ermənistanda bir müddət əvvəl yanan “Sürməlu” ticarət mərkəzinin binası uçub.
"Unikal" xəbər verir ki, nəticəsində xəsarət alan 3 nəfər Erebuni tibb mərkəzinə yerləşdirilib. Bu barədə sentyabrın 21-də Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Hayk Kostanyan öz Facebook səhifəsində yazıb.
"İlkin məlumatlara görə, zərərçəkənlərin sağlamlıq vəziyyəti qənaətbəxşdir", - o yazıb.