Yeni Zelandiya hakimiyyəti Selvin rayonu və Kraystçörç şəhərində güclü yağışın yaratdığı geniş daşqın səbəbindən fövqəladə vəziyyət elan edib.
"Unikal" xəbər verir ki, bu barədə yerli "New Zealand Herald" qəzeti yazır.
Materialda göstərilir ki, ölkənin fövqəladə hallar naziri Mark Mitçel xüsusi rejimin tətbiq olunduğunu elan edib.
Yeni Zelandiyanın paytaxtı Vellinqtonda küləyin sürəti 150 km/saata çatıb. Nəticədə külək bir neçə ağacı yıxıb, bir sıra binaların dam örtüyünə ziyan vurub.
Əlverişsiz hava şəraiti ilə əlaqədar ölkənin əsas hava limanında təyyarələrin gəliş-gedişinə məhdudiyyətlər tətbiq edilib.
Gülayə Mecid