Sosial şəbəkələrdə Bakı metrosunun “Elmlər Akademiyası” stansiyasına girişin məhdudlaşdırılması ilə bağlı məlumat paylaşılıb.
Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Unikal"a açıqlamasında bildirib ki, həmin stansiyada elə bir hal olmayıb.
"Bəzi məlumatlar yayılır ki, guya, metronun “Elmlər Akademiyası” stansiyası tam bağlanıb, heç kimi içəri buraxmırlar. Orada elə bir hal olmayıb. Hazırda sərnişin axını çoxdur. Orada tənzimləmə sərnişin təhlükəsizliyi tələblərinə əməl olunmaqla həyata keçirilir", - deyə qurum rəsmisi bildirib.
Seymur Əli