Norveçin İrandakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
"Unikal" xəbər verir ki, səfirə etiraz notası təqdim olunub.
Bildirilib ki, Norveç parlamentinin sədri İranda baş verən hadisələri qızışdırmaq üçün bəyanatlar səsləndirib, bu da birbaşa ölkənin daxili işlərinə qarışmaq deməkdir. Norveçin səfiri İranın etirazını öz hökumətinə çatdıracağını deyib.
Bundan öncə Böyük Britaniyanın İrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və ona hökumətin kəskin etirazı çatdırılıb.