İstanbulun Bağcılar səmtində dəhşətli cinayət hadisəsi baş verib.  

"Unikal" haberler.com-a istinadən xəbər verir ki, narkotik qəbul etmiş şəxs anasının başını kəsərək eyvandan atıb. Hadisə anbaan  kameralara əks olunub.

Əraziyə  sövq edilən polis qüvvələri  26 yaşlı A.S.-nı  saxlayıb. O, ilkin ifadəsində 58 yaşlı anası Həvva Sayanı naməlum səbəbdən öldürdüyünü deyib. 

Bir müdddət əvvəl psixiatriya xəstəxanasından qaçan  A.S barəsində  cinayət işi açılıb. Araşdırma  aparılır.  

Seymur Əli