Yaponiya hökuməti Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.
"Unikal" xəbər verir ki, bu barədə Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi məlumat yayıb.
Belə ki, Yaponiya Rusiyaya qarşı hazırladığı sanksiya paketinə müdafiə sənayesi ilə bağlı 21 təşkilatı siyahıya əlavə edib və kimyəvi silah istehsalı ilə bağlı malların tədarükünə qadağa qoyub.
Yeni sanksiyalar oktyabrın 3-dən qüvvəyə minəcək.
Seymur Əli