Rusiya lideri Vladimir Putinin qismən səfərbərlik qərarından sonra Valday gölünün sahilindəki dəbdəbəli və gizli sarayına qaçıb.
"Unikal" xəbər verir ki, bu barədə müxalif jurnalist Fəridə Rusamova məlumat yayıb.
O bildirib ki, Putin Rusiyada qismən səfərbərlik qərarından sonra bəzi şəhərlərdə baş verən anti-hökumət nümayişlərindən qorunmaq üçün bu addımı atıb.
Fəridə Rusamova Putinin nümayişlər zamanı Moskvadan qaçdığını üç müxtəlif mənbədən təsdiqlətdiyini də bildirib. Məlumata görə, Rusiya prezidentinin ən azı cümə axşamına qədər sarayında qalacağı öyrənilib.
Putinin dəbdəbəli sarayında üç mərtəbəli spa mərkəzi, hovuz, palçıq vannası və gözəllik salonu olduğu bildirilib.
Müxalifət fəalı Aleksey Navalni buranın Putinin sevimli sarayı olduğunu açıqlasada, bu binanın sahibinin Yuri Kovalçuk adlı milyarder oliqarx olduğu öyrənilib. Həmçinin bildirilib ki, Kovalçuk Putinin şəxsi bankının sahibidir.
Qeyd edək ki, Rusiyada qismən səfərbərlik qərarından sonra ölkənin 32 fərqli nöqtəsində etiraz aksiyaları keçirilib. 724 nümayişçi saxlanılıb.
Gülayə Mecid