Ermənistanda hərbi təlimlər keçiriləcək.

"Unikal" erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistan hökuməti Müdafiə Nazirliyinin təklif etdiyi layihə əsasında müntəzəm olaraq planlı hərbi təlimlərin keçirilməsi qərarını təsdiqləyib.

Müdafiə Nazirliyinin açıqlamasında bildirilib ki, ümumi və raket-artilleriya ixtisaslarına malik ehtiyatda olan hərbçilər təlimlərə cəlb olunacaq.

Təlimlərin nə vaxt başlanacağı tarix isə açıqlanmayıb.